“DEFTECH” MMC 2021-ci ildə təsis olunmuşdur. Yüksək texnologiyalar sahəsində ikili təyinatlı tədqiqat araşdırma və istehsal işlərinin həyata keçirilməsi şirkətin əsas hədəflərindən biridir. Bundan əlavə “Pilotsuz Uçuş Aparatları” (PUA) sistemlərinin və taktiki döyüş-uçuş simulyatorların hazırlanması, texniki xidmətlərin göstərilməsi, proqram təminatının işlənməsi şirkətin fəaliyyət istiqamətləridir.
“DEFTECH” şirkəti hal-hazırda telemetriya, kommunikasiya və robototexnika sahəsində ixtisaslaşmış xarici şirkətlərlə
(Türkiyə, BƏƏ, Slovakiya və s.) əməkdaşlıq edir. Həmçinin, PUA sistemləri sahəsində tədqiqat araşdırma işlərinin aparılması, bu sahə üzrə texniki, diller və distribyutorluq xidmətlərini göstərir.
Özəl şirkət olaraq “DEFTECH” MMC ilə mühəndis və informasiya texnologiyaları üzrə birgə araşdırmaların aparılması məqsədilə Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyi Milli Aerokosmik Agentliyinin Kosmik Cihazqayırma Təcrübi Zavodu ilə 01/12/21 saylı, 21.12.2021-ci il tarixində müqavilə imzalamışdır. Müqaviləyə əsasən məmulatların birgə yaradılması, mənimsənilməsi və texniki işlərin aparılması sahəsində əməkdaşlıq etməyə başlanmışdır. Şirkət tərəfindən yaradılmış hərbi təyinatlı məmulatlar 2022-ci ildə Bakı şəhərində keçirilmiş “Teknofest Azərbaycan”, “ADEX-2022”, Birləşmiş Ərəb Əmirliklərində “IDEX 2023”, Türkiyədə “IDEF 2023” beynəlxalq müdafiə sərgilərində nümayiş etdirmişdir.
“DEFTECH” MMC-nin hazırladığı məmulatlar arasında tandem qanadlı və tandem VTOL tipli (vertikal qalxma-enmə imkanına malik) kəşfiyyat Pilotsuz Uçuş Aparatları, 82 mm-lik mina atan kvadrokopter, kəşfiyyat və döyüş başlığı daşıyan zərbə dronları yer almaqdadır.