Image

MOBİL UZUN MÜDDƏTLİ ASQILI SİSTEM MT-100

Asqılı sistemin taktiki-texniki xüsusiyyətləri:
1. 30X-40x optik böyütmə və FHD ayırdetmə qabiliyyətinə
malik Soyudulmuş/Soyudulmamış IR (infraqırmızı) kamera
2. Radio dalğasının ötürülməsi imkanları
3. Hədəf GPS koordinatlarını təyin etmə imkanı
4. Bəyaz qorunan kanal vasitəsilə 50 km məsafədə TDMA
üzərindən məlumatların ötürülməsi imkanları
5. MIL SPEC simli məlumat və idarəetmə sistemi (optik).
6. Çox kanallı GPS qarışımı əlehinə naviqasiya sistemi
7. Uçuş müddəti: 24 saata qədər
Uzun Müddətli avtonom müşahidə və rele sistemi ilə birləşdirilmişdir.

Əsas xüsusiyyətlər:
Sistem 100 metrə qədər qalxa bilən və uzun müddət havada qalmağa qadir olan, 5 dəqiqə ərzində mürəkkəb ərazilərdə müşahidə məntəqəsi qurmağı təmin edən, elektriklə işləyən, 4 mühərrikli, ağır yük daşıma qabiliyyətinə malik olan dönən qanadlı dron sistemidir. Gündüz və gecə görmə imkanları asqılı dron sistemini lazer məsafə ölçən ilə hədəfləri tapmaq üçün 30X optik böyütmə imkanları ilə birlikdə çox uğurlu müşahidə sisteminə çevirir. Asqılı sistem kompleksi istənilən zirehli maşında yerləşdirilə bilər və taktiki dərinliklərdə mobil müşahidə postunun və ya siqnal ötürən antenanın çevik şəkildə yerləşdirilməsinə imkan verir. Azərbaycan dilində istifadəçi proqramı və idarəetmə interfeysinin olması, avtonom enmə, qalxma və uçuş imkanları Asqılı sistemin bölmə səviyyəsində qəbulunu və uğurla istifadəsini asanlaşdırır. MIL SPEC və STANAG standartlarına uyğun telemetriya və idarəetmə sistemi, naqilli məlumatlar və enerji ötürülməsi sistemi Asqılı sistem kompleksinə hətta ən mürəkkəb radioelektron mübarizə şəraitində istifadə şəraitində, uçuş imkanlarına təsir etmədən öz tapşırıqlarını yerinə yetirməyə imkan verir.