preeloader
[email protected] S.S.Axundov küçəsi, 1E Bakı Azərbaycan
Blog Image

27 Sentyabr – Anım Günü


Deftech Azerbaijan olaraq, 27 sentyabr – Anım Günündə Vətən müharibəsində canlarını torpaq uğrunda fəda etmiş bütün şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirik.

2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq iradəsini bütün dünyaya göstərdi. Şəhidlərimizin qanı bahasına qazanılan möhtəşəm Zəfər, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və gələcək nəsillərin azad, firavan və güvənli yaşamasının təməlini qoydu.

Onların şücaəti, fədakarlığı və vətənpərvərliyi xalqımız üçün əbədi yol göstəricisi olacaqdır. Biz, Deftech Azerbaijan ailəsi olaraq, şəhidlərimizin müqəddəs xatirəsini daim qəlbimizdə yaşadacaq, onları hörmət və minnətlə anacağıq.